Dələduz və oğru qadınlar tutuldu

deleduz-ve-ogru-qadinlar-tutuldu
Oxunma sayı: 1171


Avqustun 25-də üç nəfər naməlum şəxs D.Əliyeva küçəsində yerləşən parkda İsmayıllı rayon sakini Rahim Mehdiyevi döyərək 45 manatını və mobil telefonunu talayıblar. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Rəcəbov, Rasim Məmmədov və Gəncə şəhər sakini Elmir Fərəcov tutulublar.

Avqustun 24-də Şərifzadə küçəsində Şahlar Zeynalov və Xəyyam Əliyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Namiq Abbasov tutulub. 

Avqustun 21-də Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində qəsəbə sakini Ömər Talıbov bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Mirzəyev tutulub. 

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Roza Hüseynova tutulub. 

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Etibar Bayramov tutulub. 

Xətai RPİ 36-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnarə Mikayılova tutulub.