Dələduzlar tutulub

deleduzlar-tutulub
Oxunma sayı: 647

Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İbrahim Danyarov tutulub.

Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Asif Muxtarov saxlanılıb.

İyunun 28-i saat 22:35 radələrində Qobustan qəsəbəsində qəsəbə sakinləri Kamal Əbilov mübahisə zəminində Elgün Güləliyevə və Samir Ağayevə bıçaqla xəsarət yetirdiyi üçün Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

İyunun 28-i saat 10:30 radələrində Nobel prospektində Teymur Məmmmədovun idarə etdiyi «Toyota» və Urfan Dadaşovun idarə etdiyi «VAZ-2107» markalı avtomobillər toqquşublar. Nəticədə U.Dadaşov hadisə yerində ölüb, sərnişini isə KTM-ə daxil olub.

İyunun 14-də Şərifzadə küçəsində yerləşən, Azər Zeynalova məxsus sexdən elektrik avadanlıqları oğurlayan Xırdalan şəhər sakini Seymur Əliyev iyunun 28-də Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulub.