Dələduzluq edən baş redaktorun məhkəməsi oldu

Dələduzluq edən baş redaktorun məhkəməsi oldu
Oxunma sayı: 619

Bakı Ağır Cinayətlər Məhkəməsində öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə maşın ustası işləyən zərərçəkmiş Natiq Quliyev deyib ki, jurnalistlərin binasından ev almaq üçün G.Hüseynova 23 min manat verib: "Gündüzü dostum Arifin vasitəsilə tanıdım, ev almağı da o təklif etdi. Pulu Gündüzün ofisində şəxsən özünə verdim. Nə ev verildi, nə pulumu qaytardı. Amma pulu verəndə mənə "Zaman press" qəzetinin jurnalist vəsiqəsini də verdi". 

G.Hüseynov həmçinin rüşvət verməkdə iştirak etməkdə ittiham edilir. Məlumata görə, o, 1 il axtarışda olub. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi