Dələduzluq edən qadına 6 il həbs verildi

deleduzluq-eden-qadina-6-il-hebs-verildi
Oxunma sayı: 3070

Bakı Ağır Cinayətlər Məhkəməsində ər-arvada pul “atmaqda” təqsirləndirilən Nərminə Mirzəliyevaya hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Mirzəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı polisin nəzarətinə verilməklə azadlığa buraxıldığı üçün məhkəmə zalında qandallanıb.

İttihama görə, N.Mirzəyeva Bakı şəhər sakinləri olan ər-arvaddan iş qurmaq adı ilə pul və qızıl zinət əşyaları alıb. Həmin qızılları lombarda qoyaraq pul götürərək faizə buraxıb. Lakin verdiyi vədə əməl etməyərək ər-arvada ümumilikldə həmin şəxslərə 81 min manat ziyan vurub. Məhkəmə dövründə onlara 20 min manat qaytarıb.

Murad Əhməd