Dələduzluq etdi, 8 il həbs aldı

deleduzluq-etdi-8-il-hebs-aldi
Oxunma sayı: 1061

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləmdirilən İxtiyar Behbudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə hökm oxunub. 

Məhkəmə kollegiyasının hökmü ilə İxtiyar Behbudov 8 il 6 aymüddətinə azadlıqdan məhrum edilib. İstintaq dövrüdnə polisin nəzarətinə verilməklə azadlıqda olan İ.Behbudov məhkəmə zalında həbs edilib.

İttihama görə, İxtiyar Behbudov Ukraynadan yağ gətirib satmaq adı ilə tanışları İlham Hüseynovdan 15 min dollar, Samir Muradovdan isə 4500 dollar pul alaraq qaytarmayıb.

Murad Əhməd