Dələduzluqda ittiham olunanlara cəza istənildi

deleduzluqda-ittiham-olunanlara-ceza-istenildi
Oxunma sayı: 646

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Adil İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək Alim İbrahimovun 9 il 6 ay, Tərlan Comərdovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsibi istəyib.

Qeyd edək ki, T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün bu ilin avqust ayında 9 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmişlərdən biri Feyzulla Qasımov Baku Medical Plazada baş həkimin müavinidir. O, ifadəsində bildirib ki, özünü prezidentin iqtisadi məsələlər üzrə keçmiş müşaviri Əli Əsədovun adamı kimi təqdim edən Alim İbrahimov adlı şəxs onun dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb və pulunu ödəməyib.

Murad Əhməd