Dələduzluqda təqsirlənənlər məhkəmə önündə

deleduzluqda-teqsirlenenler-mehkeme-onunde
Oxunma sayı: 979

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən Məhəmməd Vəliyev və Cavan Əhmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası baş tutub. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmədə iştirak edən Əfqanıstan veteranları onların zərərçəkmiş kimi yox, şahid kimi tanınmasına etiraz ediblər. Belə ki, onlar torpaq almaq və digər imztiyazlardan yararlanmaq üçün ittiham olunan şəxslərə rüşvət veriblər. Buna görə də zərərçəkmiş kimi tanınmayıblar.

Proses fevralın 28-də davam etdiriləcək.

Təqdirləndirilən şəxslərdən – M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə sədr müavini olub. Onlar rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı və saxta sənəd hazırlamada ittiham edilirlər. Dövlət tərəfindən vetranlara ayrılan torağı adıçəkilən iki şəxs tərəfindən onlara və kənar şəxslərə satılıb. 

Murad Əhməd