Dələduzu tutdular - Kriminal xəbərlər

deleduzu-tutdular-kriminal-xeberler
Oxunma sayı: 667

Oktyabrın 11-də Bakıxanov qəsəbəsi S.Kamilov küçəsində Bərdə rayon sakini Sahil Məhərrəmov mübahisə zəminində həmyerlisi Elnur Səfərova bıçaqla xəsarət yetirdiyinə görə Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.


Oktyabrın 11-i saat 11 radələrində Pirşağı qəsəbəsi bağ massivində qəsəbə sakini Ağasəlim Yusifov idarə etdiyi «Zil» markalı yük maşını ilə Kənan Nurhüseynovu vurmuş, sonuncu hadisə yerində ölmüşdür.


Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elşad Nəzərovdan 0,032 qram narkotik vasitə olan heroin və onun yaşadığı mənzildən 1 ədəd «Makarov» tipli tapança aşkar edilmişdir.


Sentyabrın 28-də «Binə» ticarət mərkəzində naməlum şəxs Rusiya vətəndaşı Tatyana Safyanovanı aldadaraq 2000 rus rublu və geyim əşyalarını alaraq qaytarmamışdır. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehram Kəlbiyev oktyabrın 11-də tutulmuşdur.


Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə axtarışda olan Tofiq Abdullayev oktyabrın 11-də yaxalanmışdır.