“Dəli Samir”ə hökm oxundu

“Dəli Samir”ə hökm oxundu
Oxunma sayı: 57

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah daşıma və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə S.Aslanov 11 il, Fikrət Əfəndiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki,  2015-ci ilin mart ayında saxlanılan 1975-ci il təvəllüdlü Samir Aslanov üzərində 1 ədəd avtomat və 10 qram heroin aşkarlanıb. S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi