Dəm qazı yenə can aldı

dem-qazi-yene-can-aldi
Oxunma sayı: 1019



“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Qulu Quliyev küçəsi-8 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Qritsin Qriqori Anatoliyoviç yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən Bakıda 3 nəfər dəm qazından boğularaq ölüb.