Dəm qazına görə hansı qurum cavabdehdir?

Dəm qazına görə hansı qurum cavabdehdir?
Oxunma sayı: 1266

Qış aylarında dəm qazından zəhərlənmələrin artması vətəndaşlar arasında ciddi narahatlıq yaradır. Sosial şəbəkələrdə gedən müzakirələrdə əksəriyyət “Azəriqaz” İstehsalat Birliyini günahkar görür. Onlar əhaliyə satılan qazın tərkibinin standartlara cavab vermədiyini idda edirlər.

“Qafqazinfo” xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev modern.az-a deyib ki, mənzil daxilində qaz cihazlarına texniki baxışı “Azəriqaz” deyil, başqa qurumlar  həyata keçirir: “Cənab prezidentin 2016-cı ilin mayında imzaladığı sərəncama əsasən, mənzillərə texniki baxışı “Azəriqaz” İstehsalat Birliyi həyata keçirmir. Mənzil daxilində texniki baxışı Enegetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı xidmətləri icra edir”.

R.Əliyev bildirib ki, sayğac quraşdırıldıqdan sonra geri qalan məsələlərə “Azəriqaz” cavabdehlik daşımır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi