Dəm qazından öldülər

dem-qazindan-olduler
Oxunma sayı: 669

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 29-da Binəqədi rayonunda yaşayan Tünzalə Adıgözəlova və Qaradağ rayonunun Ələt qəsəbə sakini Ülviyyə Ağakişiyeva evlərində dəm qazından zəhərlənərək ölüblər.

Digər zəhərlənmə hadisəsi Xəzər rayonunda baş verib. Rayon ərazisindəki Albalılıq Sabun Zovodundan, orada işləyən Bakı şəhər sakini Havaxanım Rzaxanova və Abşeron rayon sakini Mahirə Məmmədova evindən dəm qazı və kimyəvi dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.