Dəm qazından ölən ana ilə 2 uşağının - Fotosu

dem-qazindan-olen-ana-ile-2-usaginin
Oxunma sayı: 5778

Hacıqabulda dəm qazı ailə faciəsinə səbəb olub.

“Qafqazinfo”nun “Xəzər TV”yə istinadən verdiyi məlumata görə, 33 yaşlı Ləman Əliyeva yaşadığı evin hamamında qızı- 4 yaşlı Füruzə Əliyeva və oğlu-3 yaşlı Yusif Əliyev ilə birgə dəm qazından boğularaq ölüblər. Hamamdan gec çıxdıqlarını hiss edən yaxınları onların meyitlərini aşkar ediblər.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.