Dembele DÇ-dən aldığı pulla məscid tikdirəcək

dembele-dc-den-aldigi-pulla-mescid-tikdirecek
Oxunma sayı: 1832

Dünya çempionatının qalibi olan Fransa millisinin üzvü Usman Dembele alqışalayiq hərəkətlə diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” “İQNA”ya istinadən xəbər verir ki, əslən Mavritaniyadan olan gənc hücumçu çempionluğa görə aldığı mükafatla ana vətənində məscid tikdirəcək.

Məscid Dembelenin doğulduğu Cakili şəhərində inşa ediləcək.

Qeyd edək ki, Dembele kiçik yaşlarında anası ilə birlikdə Fransaya köçüb və bu ölkənin vətəndaşlığını qəbul edib.