“...Deməli finala getməyə layiq deyilik”

demeli-finala-getmeye-layiq-deyilik
Oxunma sayı: 641

“Qafqazinfo”nun türk saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Quus Hiddinq Azərbaycanla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Hollandiyalı mütəxəssis Azərbaycana hörmət etdiklərini , lakin Türkiyənin öz evində keçirəcəyi bir oyunda Azərbaycan qarşısında mütləq qazanmalı olduğunu ifadə edib: “Sabah ələmə qrupunda son oyunumuz olacaq. Bir il əvvəl ən böyük rəqiblərimiz Belçika, Avstriya və Almaniya olduğunu söyləmişdik. Çətin mübarizə olacaqdı, bunu da gördük. Mübarizənin sonunda 1-ci ola bilmiriksə, digər variant 2-ci olmaqdır. Biz də bunu əldə etmək üzrəyik. Rəqibimizə hörmətimiz olmasına rəğmən Azərbaycan kimi yığma ilə oynadığımız zaman bu qarşılaşmanı qazanmalıyıq. Qazana bilməsək, deməli Avro-2012 finallarına getməyə layiq deyilik”.