Dəməşq bombalandı - 9 ölü, 21 yaralı

demesq-bombalandi
Oxunma sayı: 2037

Suriyanın paytaxtı Dəməşqdə minaatanlar vasitəsilə bombalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SANA agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata əsasən, bombalardan biri paytaxtın Bab Tum rayonundakı avtobus dayanacağında partlayıb. Nəticədə 9 nəfər ölüb, daha 21 nəfər isə yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.