Dəməşq tamamilə Əsəd rejiminin nəzarətinə keçdi

demesq-tamamile-esed-rejiminin-nezaretine-kecdi
Oxunma sayı: 946

"İŞİD" Bəşər Əsəd rejimi ilə razılığa gələrək Yarmuk düşərgəsini tərk edib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bununla da 7 illik daxili müharibə ərzində ilk dəfə Dəməşq tamamilə Əsəd rejiminin nəzarətinə keçib. Daha əvvəl bölgənin qərb hissəsinə "İŞİD", şərqinə isə Azad Suriya Ordusu nəzarət edirdi. 

Qeyd edək ki, Yarmuk düşərgəsində əsasən fələstinli qaçqınlar məskunlaşıb.