Demet Akalının əri müflis olur

demet-akalinin-eri-muflis-olur
Oxunma sayı: 2210

Müğənni Demet Akalının əri Okan Kurt və ailəsi müflis olur. “Qafqazinfo” xəbər verir ki, Kurt ailəsi sahib olduqları “Martaş Lojistik” şirkəti bağlanma təhlükəsindədir.  Bir neçə gün bundan əvvəl, şirkətə  bağlı yük maşınları da borclular tərəfindən müsadirə olunub. 

Bundan əlavə, bütün firmalar sözügedən şirkətlə yollarını ayırıb.  Həmçinin, onların banklara 100 milyon dollar borclu olduqları iddia edilib.   

Əldə olunan məlumata görə, şirkətdə çalışan əməkdaşlar maaşlarını almaq üçün məhkəməyə müraciət ediblər. 
Şirkətdə baş verən çətin vəziyyət Okan Kurtun qardaşına aid yanacaqdoldurma məntəqəsinə də təsir edib, məkan bağlanıb.