Demetlə Okanın barışığı təsdiqləndi

demetle-okanin-barisigi-tesdiqlendi
Oxunma sayı: 1639

Bir neçə ay bundan əvvəl boşanan müğənni Demet Akalınla iş adamı Okan Kurtun barışığı təsdiqlənib. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə cütlüyün qızları Hira instaqram səhifəsində video paylaşaraq Demetlə Okanın tətildə olduğunu, bir azdan İstanbula qayıdacaqlarını bildirib. 

Bundan sonra, sosial şəbəkələrdə barışıq xəbərləri yayılıb.  Demet Akalın isə qısa müddət sonra fan səhifələrdən birinə “Hiraya baxın, xəbəri partladıb” deyə rəy yazıb. 

Daha sonra Okanla Demetin Parisdən qayıdarkən hava limanından yeni görüntüləri yayılıb.  Bununla da, onların barışığı təsdiqlənib.