Dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək

demir-yolu-guclendirilmis-rejimde-isleyecek
Oxunma sayı: 636

Qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov çərşənbə günü Trend-ə bildirib ki, QSC sədrinin müvafiq əmri ilə sərnişin sıxlığını azaltmaq üçün Bakıdan dekabrın 29-30-da və yanvarın 2-3-də 668/667 saylı Bakı-Böyük Kəsik-Bakı və 616/615 saylı Bavkı-Mingəçevir-Bakı "Ekspress" qatarı xəttə buraxılacaq.

Əzməmmədovun sözlərinə görə, dekabrın 29-da və yanvarın 2-də 752/751 saylı Bakı-Tbilisi-Bakı turist qatarı təyin olunacaq.

Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin Daşımaları Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.