“DəmirBank”ın əmanətçilərinin - Nəzərinə

“DəmirBank”ın əmanətçilərinin
Oxunma sayı: 2548

Dünən lisenziyası ləğv edilən “DəmirBank” ASC “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində müştərilərinə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli müştərilər!

Bildiyiniz kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilib.

Fəaliyyətdə olduğumuz müddət ərzində sizlərə yüksək xidmət göstərməyə, gözləntilərinizi təmin etməyə çalışmışıq.

Bildirmək istəyirik ki, bankımızın əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaq. Digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaq. Bununla bağlı mütəmadi olaraq bankımızın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcək. İnanırıq ki, hər bir müştərimiz sonda “DəmirBank”ı xoş təəssüratla xatırlayacaq.

Əlavə məlumat üçün 149 qısa nömrəsinə müraciət edə bilərsiniz”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi