“Demirəm ki, kişi gedib qaşlarını alsın”

demirem-ki-kisi-gedib-qaslarini-alsin
Oxunma sayı: 2863



Axşam.az-ın məlumatına görə, fikrinin yanlış anlaşıldığını deyən aktrisa bunları vurğulayıb:
 
“Bu söhbət mənim imicimə uyğun deyil. Bu mövzuya hərə öz baxışı ilə yanaşdı. Verilişdə mövzu baxımlılıq idi. Sual verdilər ki, kişi baxımlı olmalıdırmı? Buna cavab olaraq bildirdim ki, gigiyenik təmizliyə görə kişi də özünə baxmalıdır, üzü, saçı, dırnaqları təmiz olmalıdır. Təraşdan sonra kişinin üzünə krem vurması normaldır. Demirəm ki, kişi gedib üzünə kirşan vursun, botoks etdirib qaşlarını alsın, dırnaqlarına lak çəksin. Kim nə edirsə, ona mənim belə müdaxilə etməyə ixtiyarım yoxdur. Hər kəsin fikrinə müsbət yanaşıram. Qadın, kişi fərq etməz, təmizliyə riayət olunmalıdır. İndi də o fikirdəyəm ki, kişi də səliqəli olmalıdır”.