Dəniz Baykal xəstəxanaya aparıldı

deniz-baykal-xestexanaya-aparildi
Oxunma sayı: 2160

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) eks-sədri, millət vəkili Dəniz Baykal xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, gecə temperaturu qalxan deputat reanimasiya şöbəsinə yerləşdirilib. 

Partiyanın eks-deputatı Tuncay Ercenk bildiirb ki, Baykalın tənəffüs yolunda infeksiya aşkar edilib: “Əvvəl özəl xəstəxanaya yerləşdirilən Dəniz Bykal daha sonra İbn Sina xəstəxanasına köçürülüb. Yaxşı xəbərlərini gözləyirik".

Aysel Kərimova