Deniz Seki nişanlısından ayrıldı

deniz-seki-nisanlisindan-ayrildi
Oxunma sayı: 750

Bir müddət əvvəl azadlığa çıxan Deniz Seki sevgilisi Faruk Salmandan ayrılıb. 

“Qafqazinfo” xəbər verir ki, onların iki gün əvvəl münasibətlərinə nöqtə qoyduqları məlum olub. 

Cütlük bu barədə mətbuata açıqlama verməkdən imtina ediblər. 

Xatırladaq ki, Deniz və Faruk 2014-cü ildə nişanlanıb. Onların bu ilin payızında nikah bağlayacağı barədə xəbərlər yayılmışdı.