Dəniz Təhlükəsizliyi Komitəsinin 91-ci Sessiyası

deniz-tehlukesizliyi-komitesinin-91-ci-sessiyasi
Oxunma sayı: 635

Sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Yanğın təhlükəsizliyi sistemləri üzrə Beynəlxalq Məcəllə”yə və “Təhlükəli kimyəvi maddələri qalama üsulu ilə daşıyan gəmilərin inşası və təminatı üzrə Beynəlxalq Məcəllə”yə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər üzrə müzakirələr aparılıb.
Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında çıxış edən Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi cənab Koji Sekimizu üzv dövlətlərin diqqətini son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlərə yönəltmiş və nümayəndə heyətləri tərəfindən hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi üzrə müzakirələr aparılıb.

Bununla yanaşı, K. Sekimizu çıxışında bildirib ki, 2012-ci ilin Avqust ayının sonunadək olan dövr ərzində Beynəlxalq Dəniz Təşkilatının Katibliyinə gəmilərə qarşı həyata keçirilmiş 247 quldurluq və silahlı basqın halı barədə məlumat daxil olub. Bu göstərici 2011-ci ilin həmin dövrü ilə müqayisədə 42 faiz azlıq təşkil edib. Qeyd olunan quldurluq və silahlı basqın hallarının 40 faizi yəni 91 hadisə Şərqi Afrika və Ərəb dənizində Somali dəniz quldurları tərəfindən törədilib.

Sessiya zamanı yekdilliklə cənab B.Hold (Danimarka) yenidən 2013-cü il üçün Dəniz Təhlükəsizliyi Komitəsinin sədri və cənab M.Segar (Sinqapur) isə sədr müavini seçilib.