Dəniz Vağzalında avtomatlı şəxs saxlanılıb

deniz-vagzalinda-avtomatli-sexs-saxlanilib
Oxunma sayı: 2311

Bakı Dəniz Vağzalının ərazisində üzərində “Kalaşnikov” markalı avtomat olan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəniz Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb.

Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Murad Əhməd