Dənizdə 17 gündür itkin düşən şəxs axtarılır

denizde-17-gundur-itkin-dusen-sexs-axtarilir
Oxunma sayı: 1443

İyulun 27-də Sumqayıt şəhəri ərazisindən qayıqla dənizə çıxmış və geri qayıtmamış 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdürrəhim oğlunun axtarışları davam etdirilir.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hazırda nazirliyin Aviasiya dəstəsinin “Mi-17” helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır.

Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Xəzəryanı ölkələrin (Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan Respublikaları) müvafiq qurumları ilə itkin düşmüş Azərbaycan vətəndaşının axtarışları ilə əlaqədar mütəmadi məlumat mübadiləsi aparılır.