Dənizdə batan 3 nəfər xilas edilib

denizde-batan-3-nefer-xilas-edilib
Oxunma sayı: 864

Gün ərzində dənizdə batan 3 nəfər xilas olunub.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Pirşağı, Qobustan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.