Dənizdə batan 9 yaşlı uşağın cəsədi tapıldı

denizde-batan-9-yasli-usagin-cesedi-tapildi
Oxunma sayı: 647

Avqustun 12-də Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzulioğlunun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat saat 16:45-də başa çatıb.