Dənizdə batan daha bir şəxsin axtarışları aparılır

denizde-batan-daha-bir-sexsin-axtarislari-aparilir
Oxunma sayı: 1276

Dənizdə batan daha bir şəxsin axtarışları aparılır.

FHN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.