Dənizdə batan şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib
Oxunma sayı: 22

Bakıda dənizdə batan şəxs xilas edilib.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
 
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:36-da başa çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi