Dənizdə batanların adları açıqlandı

denizde-batanlarin-adlari-aciqlandi
Oxunma sayı: 728

Ötən gün dənizdə batan iki nəfərin adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən hər iki vətəndaşın şəxsiyyəti müəyyən olunub. Axtarışları aparılan şəxslər 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğludur. 

Axtarış işləri haqqında əlavə məlumat veriləcək.