Dənizdə batmış 23 yaşlı gəncin meyiti çıxarıldı

denizde-batmis-23-yasli-gencin-meyiti-cixarildi
Oxunma sayı: 640

Ötən gün dənizdə batan 23 yaşlı gəncin meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 13:15-da başa çatıb.