Bakıda külək gücləndi - Yenilənib

bakida-kulek-guclendi
Oxunma sayı: 10633

Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın saat 15:00-a olan məlumatında bildirilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.

***

ETSN-də yaradılan Qərərgahın məlumatına görə, bu prosesin ən kəskin dövrü müşahidə olunur. Belə ki,17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Baki, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir. Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.

***

Saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti  26-31 m/s təşkil edir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.

***

Saat 23:00-a olan məlumata əsasən, küləyin sürəti Pirallahıda 43 m/s, Maştağada 39 m/s, Bakıda 36 m/s, Sumqayıtda 35 m/s, Günəşli yatağında 32 m/s, Şahdənizdə 31 m/s, Qum adasında 30 m/s təşkil edir. Dalğanın hündürlüyü Günəşli yatağında 10 metr, Şahdənizdə 6,6 metr olub.