Dənizdə qalmış balıqçı xilas edildi

denizde-qalmis-baliqci-xilas-edildi
Oxunma sayı: 657

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Qaradağ rayonu ərazisindən rezin qayıqda ova çıxmış 1 nəfərin hava şəraiti ilə əlaqədar geriyə qayıda bilməməsi və dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Görülmüş tədbirlər nəticəsində sahildən, həmin şəxs təxminən, 100-150 m aralıda (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı) qayıqda aşkarlanıb. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:45-də başa çatıb.