Dənizdən neftçinin cəsədi tapıldı - 8 ay sonra

denizden-neftcinin-cesedi-tapildi
Oxunma sayı: 838

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i, saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında meyiti aşkar edilən şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru" vəzifəsində çalışmış, 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlu olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Qeyd edək ki meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu idi.

Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi Axtarış – Xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verildi və axtarış – xilasetmə əməliyyatlarına yekun vurulub.