Dənizin dibində data mərkəzi quruldu - Video

denizin-dibinde-data-merkezi-quruldu
Oxunma sayı: 2056

“Microsoft” şirkəti Şotlandiyanın Orkney adaları yaxınğılında dənizin 35,5 metr dərinliyində 864 serverdən ibarət olan sualtı data mərkəzini quraşdırıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, data mərkəz sualtı kabellər vasitəsilə enerji əldə edir və həmin kabellər vasitəsilə internetə qoşulub.

Plana əsasən serverlər dəniz suyundan soyutma sistemi kimi istifadə edəcəklər. Bu isə serverlərin saxlanmasına xərclənən vəsaitin aşağı salınmasına gətirib çıxaracaq.

Qeyd etmək lazımdır ki, məhz data serverlərin soyutma sistemlərinə külli miqdarda vəsaitlər xərclənir. Belə ki, həmin serverlər böyük midarda istilik ayırırlar. Növbəti 1 il ərzində “Microsoft” şirkəti data mərkəzin vəziyyətini, kapsulun daxilində olan temperaturu və onun korpusunun dözümlülüyünü analiz edəcək. Növbəti mərhələdə isə şirkət iqtisadçıları müəyyən edəcəklər ki, bu istiqamətdə işləri davam etdirmək olar, yoxsa yox.

Tərtibatçıların sözlərinə görə, bu data mərkəz heç bir xidmət görmədən minimum 5 il müddətində çalışmaq özəlliyinə sahibdir.