Denktaş komaya düşüb

denktas-komaya-dusub
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, keçən ay da Ankarada müalicə olunan Denktaş dünən Lefkoşaya döndükdən sonra komaya düşüb.

Reanimasiyada saxlanılan Denktaşın şüurunu itirdiyi bildirilir. Denktaş ailəsnin istəyilə dünən axşam Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsilə Lefkoşaya aparılıb. QKTC-nin qurucusu Yakındoğu Universiteti Tibb Fakültəsinin klinikasında saxlanılır.
Denktaş, 24 Mayda Girnedəki evində beyin qanaması keçirmiş, Lefkoşada aparılan cərrahiyə əməliyyatdan sonra sol tərəfində yaranan qismən iflici müalicə etmək üçün Ankara aparılmışdı.