Depozit hərracı keçiriləcək

depozit-herraci-kecirilecek
Oxunma sayı: 643

Aprelin 28-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.

“Qafqazinfo” Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.