Deputat baş redaktorla qəzaya düşdü - Yenilənib

deputat-bas-redaktorla-qezaya-dusdu-yenilenib
Oxunma sayı: 702

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcidlə Milli Məclisin deputatı Aqil Abbas yol qəzasına düşüb. Moderator.az-ın xəbərinə görə, hadisə zamanı xəsarət alan olmasa da Rəşad Məcidə məxsus 10 OK 148 dövlət nömrə nişanlı “Nissan-Altima” arxa tərəfdən ciddi zədələnib. Hadisəni isə Müdafiə Nazirliyinə məxsus 21 95 MN nömrəli “UAZ” törədib. Bakının Yasamal rayonu Haqverdiyev küçəsində düz yolda hərəkət edən “Nissan –Altima”nı “UAZ” arxadan vurub. Əraziyə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib.

Baş redaktor hərbçilərdən şikayətçi olmadığını desə də YPX əməkdaşları protokol tərtib ediblər.

***

Bu xəbərin yayılmasından sonra millət vəkili Aqil Abbas “Qafqazinfo” ilə əlaqə saxlayaraq maraqlı bir fikir bildirib: “Bu xəbəri oxuyandan sonra xeyli güldüm. Mənim olduğum yer cənnətdir və burada Azərcell yaxşı tutur. Ciddi bir hadisə olmayıb. Sağ-salamatçılıqdır”.

***

“Ciddi heç bir şey yoxdur. Sadəcə, Aqil Abbas bir az həyacanladı. Onu da su içməyə göndərdim”. Bunu isə “525” ci qəzetin baş redaktoru Rəşad Məcid millət vəkili Aqil Abbasla birgə yol qəzasına düşməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.