Deputat gənclərin mənzil ehtiyacı problemindən danışıb

deputat-genclerin-menzil-ehtiyaci-probleminden-danisib
Oxunma sayı: 847

"İstifadəsiz qalan yeni tikililərin sahibləri ya vergi ödəməli, ya da satış qiymətlərini endirməlidir".

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Rzayev parlamentdə hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bu gün paytaxtda istifadəsiz qalan mənzillərin sayı kifayət qədərdir:

“Gənclərin isə mənzil ehtiyacı qalıb. Bu gün tikintisi başa çatan, lakin istifadəsiz qalan binaların sayı kifayət qədərdir. Çünki MTK-lar tərəfindən elə qiymətlər qoyulub ki, satıla bilmir. Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil. Təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin”.

Günel Türksoy