Deputat Gömrük Komitəsi haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirdi

deputat-gomruk-komitesi-haqqinda-seslendirdiyi-fikirlere-aydinliq-getirdi
Oxunma sayı: 1550


 “Milli Məclisin ötən iclasında bildirmişdim ki, Azərbaycanda bəzi iqtisadi göstəricilərin statistikasını Statistika Komitəsi qeyri-dəqiq göstərir. Bu məsələyə müəyyən aydınlıq gətirilib. Həmkarımız Əli Hüseynli də müsahibəsində bu məsələ barəsində danışıb. Buna görə ona təşəkkür edirəm.  Müxalifətin bəzi mətbuat orqanlarında bununla bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc olunub. Əli Hüseynli bunlara da aydınlıq gətirib. Və bunun əsası olmadığını göstərib”

B. Əliyev daha sonra bildirib ki, ona bununla bağlı arayış və izahat təqdim olunub.  Orada qeyd olunub ki, DGK-nin saytında statistik rəqəmlər göstərilib:

"Həmin statistik məlumatlar hamı üçün açıqdır. Kim istəsə baxa bilər. Orada illər və aylar üzrə xarici ticarət dövriyyəsi malların strukturu tam göstərilib. İndiyə qədər heç bir ölkə rəsmi qurum Azərbaycan Gömrük Komitəsini  statistik məlumatlarının qeyri dürüst olması ilə bağlı heç nə deməyib. Deməli, həmin rəqəmlər həqiqəti əks etdirir. Ona görə də kimlərsə bununla bağlı hansısa manipulyasiya etmək istəyirlərsə, bunun heç bir nəticəsi olmayacaq".

Deputat qeyd edib ki, ötən il Milli Məclis gömrük tarifləri haqqında qanun qəbul edib:

"Həmin qanun beynəlxalq normalara uyğundur. 2013- cü ilin sonlarında həmin qanun qüvvəyə minib.Və bütün hesablamalar orada əks olunan  metodologiyalar əsasında aparılır. Çünki bu dövlətin siyasətinə onun tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarla müəyyənləşir. Məsələyə tam aydınlıq gətirilib. Bundan sonra bununla bağlı yanlış fikirlərə yol vermək olmaz. Hər şeyə obyektiv qiymət vermək işin ən dürüst  tərəfidir".