Deputat Gürcüstana gedib

deputat-gurcustana-gedib
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, bu gün Gürcüstanda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşəbbüsü ilə Şuşanın və Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçiriləcək.

Tədbir çərçivəsində ilk növbədə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa ”filminin təqdimatı keçiriləcək. Azərbaycan, Qarabağ həqiqətlərinin Gürcüstanda daha geniş şəkildə yayılması məqsədilə filmin nüsxələri Gürcüstanın bir sıra təhsil ocaqlarına, QHT-nə və KİV-ə paylanılacaq.

Eyni zamanda tədbir çərçivəsində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan Laçın rayonundan məcburi köçkün Əli Əliyevin müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı da keçiriləcək.