Deputat İTV-dən qovulan aparıcını müdafiə etdi

deputat-itv-den-qovulan-aparicini-mudafie-etdi
Oxunma sayı: 2654


AzVision.az xəbər verir ki, milət vəkili Fazil Mustafa İctimai Televiziya "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın işdən çıxarılmasına münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, həmin qadının işdən çıxarılması ilə bağlı qərarın bu cür təqdim olunması təqdirolunmazdır. “Başqasının həyatına bu cür müdaxilə etmək olmaz. Bunu edənlər düşünməlidir ki, bu cür hadisələr sabah öz başlarına da gələ bilər”.

Qeyd edək ki, İctimai Televiziya "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb. Buna səbəb Leyla Aslanovanın geyiminin sosial şəbəkələrdə və xəbər portallarında ən çox müzakirə olunan mövzulardan birinə çevrilməsi olub.