“Deputat olmaq istədiyimi yazıblar...” - Ruhidən cavab

deputat-olmaq-istediyimi-yaziblar
Oxunma sayı: 6816

“Mənim növbəti parlament seçkilərində deputatlığa namizədliyimi verəcəyim barədə şayiələr yayılıb.  Eşidəndə özüm də təəccübləndim, çox gülməli gəldi mənə”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında biznes-ledi Ruhi Əliyeva deyib. O, belə bir arzusunun olmadığını qeyd edib:

“Düşünürəm ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır. Siyasət məşğul olacağım sahə deyil. Mən öz işimlə xalqıma, dövlətimə xidmət edirəm. Bu, belə gülünc informasiyaları ortalığa atanların faciəsidir. Bu, kimlərinsə xəstə təxəyyülünün məhsuludur. Əslində bütün dünyanın Xocalı faciəsini andığı bir dövrdə yaxşı olardı ki, həmin insanlar öz güclərini soyqrımın tanıdılmasına həsr etsinlər”.