Deputat qurultaya getdi

deputat-qurultaya-getdi
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, Stokholm şəhərində baş tutacaq tədbir bu ölkədə fəaliyyət göstərən Azərbaycan Qadın Dərnəyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolu, onların sosial durumu müzakirə ediləcək, Cənubi Azərbaycanda qadın hüquq və azadlıqlarının qorunması sahəsində vəziyyət barədə fikir mübadiləsi aparılacaq.

Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, ölkəmizdə qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlardan söz açacaq.

Səfər oktyabrın 30-da başa çatacaq.