Deputat seçicilərin problemini həll edib

deputat-secicilerin-problemini-hell-edib
Oxunma sayı: 650

Sakinlərlə iş icraçıları arasında bir sıra problemlər yaranıb. Bu məqsədlə sakinlər Səbail rayonundan deputat seçilən Fuad Muradova müraciət ediblər. “Qafqazinfo”nun məlumatına görə, seçicilərinin müraciətinə əsasən 28 iyun 2011-ci il tarixində deputat onlarla yaşadıqları ərazidə görüşüb. Sakinlər deputata bir neçə məsələ ilə bağlı müraciət ediblər. Əsas problemlər söküləcək mənzillərin hansı meyarlarla ölçülməsi, kiçik sahəli mənzil sahiblərinin mənzil hüquqlarının təmini, kompensasiyalar və s. olub.

Deputat sakinlərin fikirlərini və təkliflərini dinləyib və bununla bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağını bildirib. Bu gün Fuad Muradov Milli Məclisdə həmin sakinlərin bir qrupu ilə yenidən görüş keçirib. Görüş zamanı deputat apardığı bir sıra danışıqların nəticələrini seçiciləri ilə müzakirə edərək məsələnin müsbət istiqamətdə həll olunacağını vurğulayıb. Razılaşdırılmayan bir sıra məsələlər ətrafında yenidən məsələ qaldıracağını bildirib.