Deputat şirkəti ilə insanları ölümlə üz-üzə qoyub - Fotolar

deputat-sirketi-ile-insanlari-olumle-uz-uze-qoyub-fotolar
Oxunma sayı: 646

Nizami rayon Özbəkistan küçəsi 24 ünvanında məskunlaşan Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər ölümün bir addımlığında olduqlarını deyirlər. “Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, yaşadıqları evin ətrafında elə bir vəziyyət yaranıb ki, evdən bayıra çıxmaları müşkülə çevrilib: ““Kaspi Yıldız” şirkətinin mənimsədiyi ərazidə yaşayan məcburi köçkün ailələrini 2003-cü ildə ərazidən qovmaq istəyiblər. Elə həmin vaxtan şirkət rəhbərliyi ilə köçkünlər arasında münasibətlər pisləşib. Aidiyyəti qurumlara və mətbuata müraciət etdikdən sonra bu mövzu qapandığını deyən köçkünlər vəziyyətlərinin acınacaqlı olduğunu deyirlər.

Onların sözlərinə görə, yaşadıqları ərazidən çıxmaları üçün bilərəkdən maneələr yaratmağa başlayıblar. Hazırda “Kaspi Yıldız” şirkətinin həyətində olan 9 mərtəbəli binanı sökürlər: “Ailəmizdə azyaşlı körpələr var. Artıq çıxılmaz bir vəziyyət yaranıb. Yaşadığımız evin pəncərəsini isə keçmiş deputat Nazim Məmmədovun dostu dəmir lövhə ilə hasarlayıb. Evdə çox çətinliklə nəfəs alırıq. Artıq sanitar qovşaqdan (ayaqyolu) gündüz saatlarında istifadə edə bilmirik. Baş verənlərlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, bir nəticəsi olmayıb. Hazırda uşaqları qohumların evlərində yerləşdirmişik. Ölümlə üz-üzə qalmışıq. Xahiş edirik ki, bizim problemin həllində köməklik edəsiniz”.

Məcburi köçkün ailələri prezidentə müraciət edəcəklərini deyirlər.

Qeyd edək ki, “Kaspi Yıldız” şirkəti millət vəkili İqbal Məmmədova məxsusdur.