Deputat Universitetə torpaq ayrılmasını təklif edib

deputat-universitete-torpaq-ayrilmasini-teklif-edib
Oxunma sayı: 2186

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Dövlət Aqrar Universitetinə xüsusi torpaq sahələrinin ayrılması təklif olunub. 

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Naqif Həmzəyev bildirib ki, Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə aqraq sahə üzrə yüksək ixtisaslı mütəxəssis hazırlayan yeganə ali təhsil ocağıdır. Lakin Universitetin ən böyük problemi təcrübə torpaqlarının olmamasıdır: “Gəncə şəhərində təyinatı üzrə kənd təsəttüfatı torpaqları yoxdur. Bu da aqrar sahə üzrə mütəxəssislərin lazımi səviyyədə hazırlanmasında müəyyən problemlər yaradır”.

Millət vəkili qeyd edib ki, bu məsəlinin aidiyyatı orqanlar tərəfindən həll edilməsi aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına böyük təkan vermiş olardı.