Deputat yataqxanalara baş çəkəcək

deputat-yataqxanalara-bas-cekecek
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının iştirakı ilə silsilə tədbirlərdən biri kimi Nəsimi rayonu ərazisində yerləşən tələbə yataqxanalarında yaşayan sosial vəziyyəti nisbətən çətin olan tələbələrlə görüş keçiriləcək. Görüşdə həmin tələbələrin sosial problemləri dinləniləcək, onlara maddi yardım göstəriləcək.

Artıq belə görüşlər Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbə yataqxanalarında keçirilib. YAP Nəsimi rayon təşkilatı növbəti belə görüşü Azərbaycan Tibb Universitetinin (ATU) tələbə yataqxanasında keçirməyi qərara alıb.
Görüş iyunun 13-də 18.00-da ATU-nun tələbə yataqxanasında keçiriləcək.

Nərgiz Ehlamqızı